Neftçalada çaqqal kəndliyə hücum etdi

Neftçalada çaqqal kəndliyə hücum etdi
23:42 11 Fevral 2017
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda yerli sakini çaqqal dişləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Kənd sakini, 36 yaşlı Rəcəb Rəfael oğlu Quliyev həyətdə iş görərkən çaqqal hücumuna məruz qalıb. Vəhşi heyvandan özünü müdafiə edərkən çaqqal hər iki əlini dişləyərək ona xəsarət yetirib. Zərərçəkən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada quduzluğa qarşı vaksin vurulub və digər tədbirlər görüldükdən sonra Rəcəb Quliyev ambulator müalicəyə buraxılıb.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR