Pirləri ziyarət etmək doğrudurmu?

Pirləri ziyarət etmək doğrudurmu?
23:47 11 Fevral 2017
1596 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumiyyətlə Uca Allahın peyğəmbərlərinə (Onlara Allahın salamı olsun) göndərdiyi kitablarda tək olan Allaha ibadət əmr edilmişdir. Onun ortağı yoxdur, yardım Ondandır, yalnız Ona güvənib və Ona dua edilər. Uca Allah Qurani Kərimdə belə buyrurur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!" (əz Zumər, 2-3).
Dini yalnız Ona məxsus edərək ibadət edin  (əl Əraf, 29).
"De: "Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər". Onların yalvardıqları məbudların özləri də Rəbbinə - hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir." (əl İsra, 56-57).
"Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva'ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!" (Nuh 23).
Milli.Az zikr.az-a istinadən bildirir ki, yuxarıda izahı verilən ayədə keçən adlar Nuh (aleyhi-s-sələm) qövmündən bəzi saleh kimsələrin adlarıdır . Bunlar ölüncə insanlar bunların qəbirlərini ziyarətgaha, sonrada ibadətgaha çevirdilər. Qəbirlər üzərində ibadət etmək , əl, üz sürtərək məsh etmək , öpmək , oralarda dua etmək şirkin təməlini qoyan, bütpərəstliyin əslini meydana gətirir. Bütün bu uydurmaların dində yəni Quranda və peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsində heç bir əsası yoxdur. Rəsulullah (sallallahu aleyhi və səlləm) vəfatından 5 gün öncə belə buyurmuşdur: "Sizdən əvvəlkilər qəbirləri məscid edirdilər. Qəbirləri məscid etməyin. Sizə belə əməlləri qadağan edirəm". (Buxari, Müslim)."
Uca Rəbbimiz belə buyurur: "Haqq çağırış (dua) yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir."  (ər Rad, 14)
İnsan yardımı, şəfanı, ruzini və s. yalnız və yalnız Allahdan istəməlidir. Qurani Kərimdə belə buyurulur:  "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"  (Yunus 18).
"O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz"  (Fatir 13-15).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR