Azərbaycan banklarının 4.2 milyard dollar xarici borcu var

Azərbaycan banklarının 4.2 milyard dollar xarici borcu var
00:05 12 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.

Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94% azalıb.

Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/516667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR