Avropa Komissiyasının sədri ikinci müddət üçün namizədlikdən imtina edib

Avropa Komissiyasının sədri ikinci müddət üçün namizədlikdən imtina edib
01:02 12 Fevral 2017
191 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Avropa Komissiyasının hazırkı sədri Jan-Klod Yunker jurnalistlərə açıqlamasında ikinci müddət üçün namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
“İkinci dəfə namizədliyimi irəli sürməyəcəyəm”, - deyə Yunker söyləyib.
Jan-Klod Yunker Avropa Komissiyasına 1 noyabr 2014-cü ildən rəhbərlik edir. AK sədrinin səlahiyyət müddəti 5 ildir. Belə olan halda, Yunkerin səlahiyyət müddəti 2019-cu ildə başa çatacaq.
AK Avropa İttifaqının ali icraedici orqanıdır. Avropa Komissiyasının sədri Avropa Parlamenti tərəfindən seçilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-komissiyasinin-sedri-ikinci-muddet-ucun-namizedlikden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR