56 yaşlı general-polkovnik iş yerində qəfil öldü

56 yaşlı general-polkovnik iş yerində qəfil öldü
01:23 12 Fevral 2017
156 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Milli müdafiə universitetiinin rəhbəri, silahlı qüvvələrin baş qərargah rəisinin keçmiş müavini, general-polkovnik Gennadi Vorobyev iş yerində qəfildən vəfat edib.
Publika.az xəbər verir ki, bu haqda xəbəri prezident Pyotr Poroşenko özünün Facebook səhifəsindən çatdırıb. O, xatırladıb ki, general Vorobyev Yanukoviçin əmrindən çıxaraq ordunu Kiyevin Müstəqillik meydanında nümayişçilərə qarşı yeritməkdən imtina edib. Daha sonra o, ölkənin cənub-şərqində separatçılara qarşı bir çox hərbi əməliyyatların planlaşdırılmasına rəhbərlik edib. Generalın qəfil ölümünün səbəbi barədə məlumat verilmir.
Genadi Vorobyev 1961-ci ildə anadan olub, 2009-2014-cü illərdə Ukrayna silahlı qüvvələrinin Quru qoşunlarına komandanlıq edib, daha onra iki il ərzində Baş qərargah rəisinin müavini olub. 2016-cı ilin mayından Milli müdafiə universitetinə rəhbərlik edirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR