Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özləri üçün müdafiə təşkilatı hesab edir

Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özləri üçün müdafiə təşkilatı hesab edir
01:27 12 Fevral 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını özlər üçün müdafiə təşkilatı hesab edir.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “Gallup” şirkətinin apardığı sorğunun nəticələri deməyə əsas verir.
Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb. Sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib. Yalnız Rusiyada 2 min nəfər sorğulanıb.
Rusların 67 faizi NATO-nu özləri üçün təhlükə hesab edir, yalnız 3 faizi ona müdafiə təşkilatı gözü ilə baxır.
Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gallup-azerbaycan-ehalisinin-21-faizi-nato-nu-ozleri-ucun-mudafie-teskilati-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR