“USS Porter” Qara dənizi tərk etdi

“USS Porter” Qara dənizi tərk etdi
02:49 12 Fevral 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-a məxsus “USS Porter” hərbi gəmisi fevralın 11-də Qara dənizi tərk edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının mətbuat xidmətinin məlumatında bildirilir.

 

Gəmi fevralın 2-də Qara dənizə daxil olub. Məlumata əsasən, gəmi “təhlükəsizliyin təmin olunması üzrə əməliyyatlar keçirib” və “Sea Shield 2017” (“Dəniz qalxanı-2017”) beynəlxalq təlimlərdə iştirak edib.  

 

Təlimlərə Rumıniya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İspaniya, ABŞ, Kanada və Ukraynadan 2800-dək hərbçi, 15 gəmi və 10 təyyarə qatılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR