Belçikada 70 nəfər qazdan zəhərləndi

Belçikada 70 nəfər qazdan zəhərləndi
03:19 12 Fevral 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada kartinq  pavilyonunda azı 67 nəfər dəm qazından zəhərlənib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Vavr şəhərindəki kartinq mərkəzində baş verib.  

 

Zəhərlənməyə səbəb havalandırma sistemində baş vermiş nasazlıq olub. Nəticədə insanlar yarış maşınlarından çıxan işlənmiş qazlarla nəfəs almağa başlayıblar.   

Beş nəfərin vəziyyətinin ağır, 12 nəfərin – orta-ağır, 50 nəfərin isə yüngül zəhərləndiyi bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR