Tiflis Rusiya ilə bağlı siyasətini davam etdirəcək

Tiflis Rusiya ilə bağlı siyasətini davam etdirəcək
06:39 12 Fevral 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan XİN rəhbəri Mixail Canelidze Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündən sonra rəsmi Tiflisin Abxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanmasında  ABŞ-ın dəstək verdiyi sülh siyasətini davam etdirəcəyini vurğulayıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Canelidze Vaşinqtonda ikigünlük səfərdə olub. “ABŞ Gürcüstanı yaxın dost, etibarlı tərəfdaş hesab edir. Biz münaqişənin sülh nizamlanmasına yönələn siyasətimizi davam etdirəcəyik. Bu siyasət ABŞ tərəfindən də dəstəklənir”, - deyə Canelidze “İmedi” telekanalının efirində bildirib.

 

Canelidzenin sözlərinə görə o, dövlət katibi ilə təhlükəsizlik,  müdafiə, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığı müzakirə edib.

 

“Biz, yeni administrasiya, habelə Senat və Konqres tərəfindən dəstəklənən konkret layihələrə artıq start vermişik”, - deyə nazir qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR