Bananlı desert - FOTO

Bananlı desert - FOTO
07:05 12 Fevral 2017
306 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bananlı desertin hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Toyuq ləvəngisi - VİDEO - FOTO

Tərkibi: 

5 banan

1 limon

3 x.q. şəkər tozu

1 x.q. kərə yağı

300-400 q qaymaqlı dondurma

100 q şəkərli peçenye

25 q şokolad

Sobanı 220 dərəcə qızdırın.

Formanı bolluca kərə yağı ilə yağlayın. Bananları təmizləyib hər birini uzununa bölün. Formaya bir lay döşəyin. 

Limonun sedrasını sürtgəcdən keçirərək bananların üzərinə səpin. Limonu ortadan bölüb şirəsini bananın üzərinə gəzdirin. Şəkər tozu səpin (çox şirin sevirsinizsə, şəkər tozunun miqdarını artıra bilərsiniz). 

Sobada 10 dəqiqə bişirin. 

Boşqaba iki dilim qızarmış banan, bir top dondurma qoyun, peçenyenı xırdalayıb üzərinə səpin. Limon şirəsi də əlavə edə bilərsiniz. Şikoladı üzərinə sürtgəcdən keçirin. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/516454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR