APL, 18-ci tur: Liderlər səfərə çxır - AFİŞA

APL, 18-ci tur: Liderlər səfərə çxır - AFİŞA
09:08 12 Fevral 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə çempionluğa iddialı komandalar səfər matçlarına çıxacaqlar.

Açılış oyununda lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Meydan sahibləri qış fasiləsindən sonrakı hər 3 oyunundan məğlub ayrılıb. "Kəpəz" bu il ilk dəfə Gəncə şəhər stadionunda matça çıxacaq. "Qarabağ" isə ilin əvvəlki 3 turunda 2 qələbə, 1 heç-heçəyə nail olub. Xal itkisi Ağdam komandası üçün liderliyin əldən verilməsi bahasına başa gələ bilər. Çünki bu görüşün ardından "Zirə"nin qonağı olacaq "Qəbələ" meydanı qalib tərk etsə, birinci pilləyə yüksələcək.

Əvvəlki oyunlara nəzər saldıqda, “Qarabağ”ın "Kəpəz"ə son 18 qarşılaşmada məğlub olmadığını görmək olar. Ağdamlılara 15 ilə yaxındır qalib gələ bilməyən Gəncə təmsilçisi son 7 oyunda qol buraxıb. "Kəpəz"in son 3 ev oyununda isə hər iki komanda qol vurub.

"Qəbələ" isə son 3 oyunda "Zirə" üzərində quruhesablı qələbə qazanıb. Daha bir tendensiya odur ki, “Zirə”nin ev oyunlarında qol vuran komanda qalib gəlib.

Azərbaycan Premyer Liqası, 18-ci tur

12 fevral

14:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

16:30. “Zirə” - “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun daha 2 oyunu fevralın 13-də olacaq. AZAL "İnter"i "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR