Türkmənistanda prezident seçkiləri keçirilir

Türkmənistanda prezident seçkiləri keçirilir
09:17 12 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Türkmənistanda prezident seçkiləri üzrə səsvermə prosesinə start verilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Seçki və Referendumların Keçirilməsi Mərkəzi Komissiyasının məlumatında bildirilir.
Məlumata görə, Bakı vaxtı ilə 06:00-da respublika üzrə 2 min 578 seçki məntəqəsi açılıb. Daha 39 məntəqə ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılacaq.
Prezident postuna 9 nəfər iddia edir. Onlardan üç nəfəri müasir Türkmənistan tarixində ilk dəfə olaraq siyasi partiyalar tərəfindən irəli sürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkmenistanda-prezident-seckileri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR