Gəncədə mağaza yandı - 1 nəfər öldü

Gəncədə mağaza yandı - 1 nəfər öldü
09:28 12 Fevral 2017
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR