Bakıda vətəndaşın yaşadığı vaqon yandı: yaralanan var

Bakıda vətəndaşın yaşadığı vaqon yandı: yaralanan var
10:17 12 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan vaqonun taxta üzlüyü, içərisində olan ev əşyaları və vaqona bitişik ümumi sahəsi 10 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR