Azərbaycanda dəhşətli hadisə: mağazada yanaraq öldü

Azərbaycanda dəhşətli hadisə: mağazada yanaraq öldü
10:19 12 Fevral 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

 

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR