ABŞ-ın “böyük müttəfiqi” kimdir? - Tramp açıqladı

ABŞ-ın “böyük müttəfiqi” kimdir? - Tramp açıqladı
10:23 12 Fevral 2017
270 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Yaponiyaya kömək göstərməkdə davam edəcək, bu ölkə gözəl müttəfiqdir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı “Mar-a-Logo” elit istirahət mərkəzində Baş nazir Şinzo Abe ilə görüşdən sonra mətbuat qarşısında çıxışında bildirib.

ABŞ Prezidenti deyib: “İstəyirəm hamı başa düşsün və dəqiq bilsin ki, Birləşmiş Ştatlar Yaponiyaya kömək etməkdə davam edəcək, bu ölkə 100 faiz böyük müttəfiqdir”.

Jurnalistlərin Şimali Koreya tərəfindən raket buraxılşı barədə suallarına baxmayaraq, D.Tramp əlavə heç bir bəyanat verməyib.

Xatırladaq ki, Şimali Koreya fevralın 12-də səhər Yapon dənizi istiqamətinə ballistik raket buraxıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR