Bolqarıstanın energetika naziri: SOCAR-ın iştirakını alqışlayırıq

Bolqarıstanın energetika naziri: SOCAR-ın iştirakını alqışlayırıq
10:32 12 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bolqarıstan "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində SOCAR-ın iştirakını alqışlayır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

"Biz mümkün qədər çox sayda şirkətlərin bu layihədə iştirakını alqışlayırıq. SOCAR-ın nümayiş etdirdiyi maraq azərbaycanlı tərəfdaşlarımızın bu layihənin həyata keçirilməsində iştirak etməyə hazır olduqlarının göstəricisidir. Digər tərəfdən, bu cür əməkdaşlıq ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real meydança ola bilər", - deyə nazir bildirib.

SOCAR Balkan törəmə şirkətinin rəhbəri Murad Heydərov daha əvvəl bildirib ki, SOCAR Bolqarıstanda "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində iştirak etməyi planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/516686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR