Uşağı əmizdirdiyi şəkli paylaşdı - Sərt tənqid olundu - FOTO

Uşağı əmizdirdiyi şəkli paylaşdı - Sərt tənqid olundu - FOTO
11:47 12 Fevral 2017
569 Maraqlı
Ölkə mətbuatı
A- A+

32 yaşlı model Tamara Ecclestone ilk dəfə iki yaşlı Sophianı əmizdirdiyi şəkilləri İnstagramda paylaşıb. Milli.Az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, o, insanlara əmizdirmənin gizlin olmalı olduğu barədə düşüncələrdən "əl çəkməyi" məsləhət görüb.

Ancaq bəzi izləyiciləri bu postu tənqid ediblər. Nəticədə Ecclestone daha bir şəkil paylaşaraq yenidən tənqidlə üzləşib.

Paylaşdığı şəkilə yazdığı şərhdə Ecclestone əmizdirməni "sevgi və bəsləmənin güclü təzahürü" adlandıraraq onun normal olduğunu, gizlədilməli olmadığını deyib.

Bəs şəkil niyə birmənalı qarşılanmır?

Bəzi adamlar əmizdirmənin ictimailəşdirilməsinin, xüsusilə də az qala üç yaşa çatmış uşağa ana südü verilməsinin nə dərəcədə düzgün olduğunu sorğulayıblar.

"Adamlar uşaqlarının şəklini hamının görməsi üçün bütün internetə yapışdırmamalıdırlar", - bir Instagram istifadəçisi yazıb.

"Körpələrin əmizdirilməsi gözəldir, ancaq iki yaşlı uşağı əmizdirilməsi iyrəncdir", - başqa bir istifadəçi qeyd edib.

Ecclestone şəklin mənfi şərhlər doğurmasının "təəccüblü" və "məyusedici" olduğunu deyərək ikinci şəkli paylaşıb.

O, öz şərhində belə yazıb: "Mən bütün anaları dəstəkləyirəm və onlara haqq qazandırıram. Şəxsən mən nifrətin ruh üçün ağır və pis olduğunu düşünürəm".

Bəzi analar litvalı fotoqraf İvette İvensin çəkdiyi fotoları bəyəniblər. İvette İvens hamilə və uşaq əmizdirən anaların fotoşəkillərini çəkməsi ilə tanınır.

"Mən öz qızımı dörd yaşına qədər əmizdirmişəm. Heç vaxt insanların buna qəribə baxmasını anlamamışam", -deyə Leanne Caffyn adlı ana yazıb.

Helen Tomlinson isə belə deyib: "Mən bunu çox bəyənirəm. Mən öz körpəmi cəmi bir ay əmizdirə bildim, çünki ictimaiyyət arasında və ailəmin qarşısında özümü narahat hiss edirdim".

Qadınlar həmişəmi uşağa süd verməlidirlər?

Ecclestone bildirib ki, insanların bu şəkilləri uşaqlarını əmizdirmək əvəzinə onlara butulkada süd verən anaları tənqid etmək məqsədi daşıdığını düşünməsindən "təəccübləndiyini" deyib.

Ancaq Kent Universitetinin Valideynlik Elmləri Mərkəzinin direktoru Ellie Lee bundan bir o qədər də təəccüblənməyib.

"Əmizdirmə o qədər əxlaqiləşdirilib və siyasiləşdirilib ki, artıq müzakirə nəzarətdən çıxıb. Son nəticədə söhbət sadəcə süddən gedir", - o deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR