Erməni politoloq: "Lapşinin Bakıya ekstradisiyası Ermənistan XİN-in uğursuzluğudur"

Erməni politoloq: "Lapşinin Bakıya ekstradisiyası Ermənistan XİN-in uğursuzluğudur"
12:05 12 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bloqer Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı vəziyyət erməni diplomatiyasının uğursuzluqlarının göz qabağında olduğunu göstərdi.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu erməni polittexnoloq Karen Koçaryan şənbə günü keçirilən mətbuat konfransında deyib.

"Gəlin baxaq görək bizdə səfir kimlər olur? Bunlar keçmiş deputatlardırlar: siyasi meydandan gedən və "diplomat" olanlar. Onlar nə peşəkar, nə də diplomatik korpusun nümayəndələri deyillər", - o bildirib.

Politoloq hesab edir ki, Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyət MDB-də ermənipərəst ölkələrin sayının azalmaqda olduğunu göstərdi və onun fikrincə, bunda erməni xarici siyasət idarəsinin də günahı var.

"Lapşin məsələsinin Ermənistanın işi olmamasına dair iddialar düzgün deyil. Hazırda hər şey siyasiləşib. Və sabah Qazaxıstan da Belarusun yolu ilə gedə bilər", - o əlavə edib.

Öz növbəsində bloqer və mediaekspert Tiqran Koçaryan qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyi, həqiqətən MDB ölkələrində olduqca passivdir.

"Axı Lukaşenko anadan azərbaycanyönlü doğulmayıb. O, tədricən bizim gözümüzün önündə belə olub. Və çox təəssüf ki, bizim XİN bu prosesin qarşısını almaq üçün heç nə etmədi. Bu bir neçə ildə səfirimizin Belarusda nə işlə məşğul olduğu anlaşılmazdır", - o bildirib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR