"20 metr aralıda polislər durmuşdu və heç nə etmirdilər" - FOTO

"20 metr aralıda polislər durmuşdu və heç nə etmirdilər" - FOTO
12:17 12 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin keçmiş üzvü Luka Toni B Seriyasının 25-ci turunda keçirilən "Avellino" - "Verona" (2:0) matçından əvvəl yerli azarkeşlər o və klub prezidenti Maurisio Settinin olduğu avtomobilə hücumundan danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, eks futbolçu polislərin də yarıtmazlığına toxunub.

"Klub prezidentinin boyununda "Verona" şarfı vardı. Buna görə hücum edənlər bizi adi azarkeş zənn etmişdi. 15 nəfər bizim avtomobili mühasirəyə aldı. Onlar maşını təpikləməyə və vurmağa başladılar. Prezidentin yaxınındakı şüşəni sındırdılar. Biri Settiyə tərəf butulka tulladı. Xoşbəxtlikdən, bu, onun qarnına dəydi. Həmin avtomobildə uşaqlar da otura bilərdi. Bu insanların nə düşündüyü mənə çatmır. Mən çox qorxmuşdum, sürücü isə mühasirəyə baxmayaraq hadisə yerindən uzaqlaşdı. Məni təəccübləndirən o oldu ki, 20 metr aralıda polislər durmuşdu və heç nə etmirdilər. Düşündüm ki, biz təhlükəsizdəyik. Amma polislər sadəcə dayanıb baxırdılar. Futbol bayram olmalıdır, rəzalət yox".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR