Ermənilər hərbçimizi vurdular - Xaçmazda dəfn olunacaq - YENİLƏNDİ

Ermənilər hərbçimizi vurdular - Xaçmazda dəfn olunacaq - YENİLƏNDİ
12:28 12 Fevral 2017
266 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn ediləcək.

Publika.az-ın APA-ya istinadən məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini 1988-ci il təvəllüdlü F.Qafarov anadan olduğu kənddə dəfn ediləcək.

12:07

Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR