ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər

ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər
14:05 12 Fevral 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da səs verdiyi üçün imiqrantı mühakimə edəcəklər.

ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. Buna görə o, 8 ilini həbsxanada keçirə bilər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti yazıb.

Roza Mariya Orteqa ABŞ-da "Green card"la yaşayıb. O, 2012-ci ildə prezident və aralıq seçkilərində səs verib.

Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb.

Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb.

Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR