ABŞ-da yüzlərlə qeyri-leqal immiqrant saxlanıldı

ABŞ-da yüzlərlə qeyri-leqal immiqrant saxlanıldı
14:42 12 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da qeyri-leqal immiqrantların saxlanılması istiqamətində reydlər keçirilib.

Federal İmmiqrasiya Xidmətinin agentləri dörd ştatda yüzlərlə qeyri-leqal immiqrantı saxlayıblar.

ABŞ immiqrasiya və gömrük qanunvericiliyinə nəzarət və riayət bürosunun məlumatına əsasən, immiqrasiya xidmətləri tərəfindən müvafiq hüquqi tədbirlər Atlanta, Nyu-York, Çikaqo, Los-Anceles və s. şəhərlərdə həyata keçirilib. Büro saxlanılan şəxslərin ümumi sayını açıqlamasa da, Atlanta və Los-Ancelesdə yerli ofislər müvafiq olaraq, 200 və 161 qeyri-leqal immiqrantın saxlanılması barədə məlumat verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu reydlər prezident Donald Trampın fərmanlarının nəticəsi deyil, ABŞ-da qeyri-leqal immiqrasiyanın qarşısının alması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR