Kamran Ağayevin cəzası bitdi - Meydana qayıdır

Kamran Ağayevin cəzası bitdi -   Meydana qayıdır
14:47 12 Fevral 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya çempionatında XXI turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, millimizin futbolçuları - Kamran Ağayevkz Emin Mahmudovun ıxış etdiyi “Boavişta” doğma meydanda “Braqa”nı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 00.15-də başlayacaq.


XVII turun “Benfika” ilə səfər oyununun (3:3) sonunda meydanda gərginlik yaranmış və nəticədə Kamran Ağayev qırmızı vərəqə almışdı. Bu səbəbdən Portuqaliya Futbol Federasiyası millimizin qapıçısını 3 oyunluq cəzalandırmışdı.


"Arouka", "Belenenses" və "Çavez"lə oyunu buraxan Kamran artıq cəzasını başa vurub və bu gün meydana çıxması gözlənilir. Onunla yanaşı, Emin Mahmudovun da bu matçda forma geyinəcəyi deyilir.


Kamranın yoxluğunda baş tutan 3 oyundan 2-də qapısını Maykl Meyra, birində Vaqner da Silva qoruyub. Bu müddətdə “Boavişta” 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə mğlub olub və 2 qol vuraraq 2-sini buraxıb.


Qeyd edək ki, 20 oyunda 25 xal toplayan “Boavişta” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Onların bu günkü rəqibi “Braqa” isə 37 xalla 4-cü yeri tutur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayevin-czas-bitdi-t56222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR