Yunanıstanda 250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edilib

Yunanıstanda 250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edilib
15:32 12 Fevral 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Yunanıstanın Saloniki şəhərində II Dünya müharibəsi illərinə aid 250 kq-lıq bombanın zərərsizləşdirilməsi üçün 2 km. radiusda yaşayan 72 min insan təxliyə edilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bomba ötən həftə yanacaqdoldurma stansiyasında aparılan qazıntı işləri zamanı yerin 5 metr dərinliyində aşkar olunub.
İnsanlar məşq zalları, stadionlar və kafelərdən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.
Vilayət qubernatoru Apostolos Tzitzikostas yerli sakinləri əndişələnməməyə çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-250-kq-bombanin-zerersizlesdirilmesi-ucun-72-min-insan-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR