Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" Rəqqadır"

Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" Rəqqadır"
16:22 12 Fevral 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in "paytaxt" adlandırdığı Rəqqa şəhəridir.
"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda Əl-Bab tamamilə mühasirəyə alınıb və şəhərdə döyüşlər gedir.
"Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra, şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər", — deyə o bildirib.
Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-el-bab-muhasireye-alinib-novbeti-hedef-i-si-d-in-paytaxti-reqqadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR