Hirkanda YANĞIN

Hirkanda YANĞIN
16:42 12 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda birmərtəbəli yaşayış evində yanğın olub.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Hirkan kəndində  qeydə alınıb.

Kənd sakini Şakir Heybət oğlu Ağayevə məxsus yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomaşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 54 kv.m olan birmərtəbəli evin 20 kv.m sahəsi yanğından mühafizə olunub .

Yanğının baş vermə səbəbləri araşdırılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR