"Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib

"Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib
17:07 12 Fevral 2017
156 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
"Report" xəbər verir ki, turun açılış matçında Ağdamın "Qarabağ" klubu səfərdə "Kəpəz"in qonağı olub.
Gəncə şəhər stadionunda keçirilən qarşılaşmaya qonaqlar sürətli başlayıb. "Qarabağ" İlk hissədə Muarem Muarem və Əfran İsmayılovla hesabı açmağa yaxın olsa da, rəqib qapıçı yaxşı oynayıb.
İkinci hissəyə də sürətli başlayan ağdamlılar matçın 65-ci dəqiqəsində hesabı açıblar. Mahir Mədətov başla dəqiq zərbə endirib. Və qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-seferde-kepez-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR