Qadının çantasını əlindən alıb qaçanda tutuldu - BAKIDA

Qadının çantasını əlindən alıb qaçanda tutuldu - BAKIDA
17:19 12 Fevral 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az xəbər verir ki, Kənd Əhmədli qəsəbəsində yerləşən “Home” marketin qarşısında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə Səmədovaya məxsus əl çantasını oğurlayıb qaçmaq istəyən 1989-cu il təvəllüdlü Hüseynov Nicat Fərqəçi oğlu çox uzağa gedə bilmədən tutulub.

 

Çantada 1 ədəd “İPHONE” markalı, 1 ədəd ”LG” markalı mobil telefon və 55 manat pul olub. N.Hüseynov mühafizə polisi tərəfindən yaxalanaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR