Qurban Qurbanov: "Komanda qələbə üçün nə lazım idisə etdi"

Qurban Qurbanov: "Komanda qələbə üçün nə lazım idisə etdi"
17:37 12 Fevral 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ "Komandam qələbə üçün nə lazım idisə, bəlkə də artıqlaması ilə etdi".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz" üzərində qazanılan qələbədən sonra (1:0) keçirilən mətbuat konfransında deyib.
"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-komanda-qelebe-ucun-ne-lazim-idise-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR