72 min insan təxliyə edildi

72 min insan təxliyə edildi
17:53 12 Fevral 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Saloniki şəhərində II Dünya müharibəsi illərinə aid 250 kq-lıq bombanın zərərsizləşdirilməsi üçün 2 km. radiusda yaşayan 72 min insan təxliyə edilib.

Publika.az report-a istinadən xəbər verir ki, bomba ötən həftə yanacaqdoldurma stansiyasında aparılan qazıntı işləri zamanı yerin 5 metr dərinliyində aşkar olunub.

İnsanlar məşq zalları, stadionlar və kafelərdən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.

Vilayət qubernatoru Apostolos Tzitzikostas yerli sakinləri əndişələnməməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR