“Rəhbərlik “get” desə, gedəcəm” - Şahin Diniyev

“Rəhbərlik “get” desə, gedəcəm” -   Şahin Diniyev
17:57 12 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 18-ci turunda “Qarabağ”a məğlubiyyətdən (0:1) sonra mətbuat konfransı keçirib. O bildirib ki, bu gün meydanda bir-birinə güzəştə getməyən iki komanda olub:


- Sadəcə, bir epizodda ustalıq öz sözünü dedi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. İrəli baxmaq lazımdır. Əsas odur ki, baxımlı oyun var. Komandamın psixoloji durumdan çıxmasını istədim. Mənə elə gəlir ki, bu, bizdə alındı. Rəqibi də qələbə münasibəti ilə təbrik edirəm.


- Davud Kərimi uzun fasilədən sonra start heyətdə yer aldı. Oyunundan razı qaldınızmı?

- Ümidləri doğrultdu. Tadas Simaitisdə psixoloji təzyiq var. Kərimi də heç bir səhvə yol vermədi. Ancaq onu da deyim ki, Tadasın da üstündən xətt çəkməmişik. Bizə iki böyük köməyi dəyib.


- Sizin istefanızı tələb edən azarkeşlər də var. Sizcə, komandadan getsəniz, başqası gəlib uğur qazana bilər?

- Mən özüm-özüm haqda bəy tərifi desəm, düz çıxmaz. Hər azarkeş özünə görə haqlıdır. Futbolçularımızın nəyə qadir olduğunu özüm bilirəm. Getmək çox asandı. Amma qalıb mübarizə aparmaq lazımdı. Onu da deyim ki, mən kreslodan bərk yapışmamışam. Rəhbərlik “get” desə, gedəcəm. “Qarabağ” kimi komandaya qarşı belə oynadıqsa, deməli, növbəti oyunlaarda uğur qazana bilərik.


- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız...

- "Neftçi" ilə oyunda daha yaxşı oynayacağımıza inanıram. Baxmayaraq ki, "Neftçi" indi çox güclənib. Hər birimizin qələbə qazanmaq şansı var.


- İlk hissənin ortalarında azarkeşlə qısa dialoqunuz oldu. Nədən danışırdınız?

- Dedi ki, filankəsi əvəzlə. Mən də dedim ki, səni meydana buraxım, yoxsa özümü? Vallah, bizim azarkeşlər möhtəşəmdi. Onlar ancaq uğura öyrəşiblər. Bəzi məqamalar var ki, bu gün uğur qazana bilirik. Bayaq da azarkeşlər gəlib bizimlə görüşdü. Onlara öz təşəkkürümü bildirirəm. (futbol11.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rhbrlik-get-des-gedcm-t56225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR