Qurban Qurbanov üsyan etdi: "Belə meydanda..."

Qurban Qurbanov üsyan etdi:   "Belə meydanda..."
17:57 12 Fevral 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVIII turunda keçirilən “Kəpəz” - “Qarabağ” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Fanat.Az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların baş mıəşqçisi Qurban Qurbanov qələbəni şərh edib.


“Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular bu gün xarakter göstərdilər. Belə bir meydançada qələbə üçün lazım olanı etdilər. Hər birinə təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram. Gəncə azarkeşləri də sağ olsun ki, məni və komandamı xoş qarşılayırlar. Onlara səbrli olmalarını arzu edirəm. Nəzərə almaq lazımdı ki, qış fasləsindən sonra "Kəpəz" üç oyunu səfərdə oynayıb. Düşünürəm ki, irəlidə Şahin Diniyevin rəhbərliyi ilə komanda uğur qazana biləcək. Hərə öz payına düşəni yerinə yetirməlidir”.


- Süni meydançada yaxşıdı, yoxsa bu gün oynadığınız?

- Heç biri. Açığı, Əfranda da problem oldu. Necə olacağını da bilmirəm. Belə meydançada futbol oynamaq düzgün deyil.


- Ağabala Ramazanov sarı vərəqə almaqla cəzalı duruma düşdü. Həmin epizoda necə şərh bildirərdiniz?

- Bizim gördüyümüz odur ki, həmin epizodda sarı vərəqəlik heç nə yoxdu. Ola bilər ki, hakim "sarı"nın olduğunu düşünür. Ancaq biz öz etirazımızı edəcəyik. Artıq protokola da yazmışıq. Ləğv də edə bilərlər, qüvvədə də saxlaya.


- Məhəmməd Keyta ilə danışıqlar apardığınız vurğulanır. Bu, nə dərəcədə doğrudur?

- Elə bir xəbər yoxdu. Menecerlərin təklif etdikləri siyahıda olub. Ciddi qərarımız yoxdu. (“Qafqazinfo”)


Qaynarinfo.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-usyan-etdi-t56224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR