"Dedim ki, səni meydana buraxım, yoxsa özümü?"

"Dedim ki, səni meydana buraxım, yoxsa özümü?"
18:17 12 Fevral 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVIII turunda keçirilən "Kəpəz"- "Qarabağ" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra gəncəlilərin baş məşqçisi Şahin Diniyev məğlubiyyəti şərh edib.

"Meydançada bir-birinə güzəştə getməyən iki komanda var idi. Sadəcə, bir epizodda ustalıq öz sözünü dedi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. İrəli baxmaq lazımdı. Əsas odur ki, baxımlı oyun var. Komandamın psixoloji durumdan çıxmasını istədim. Mənə elə gəlir ki, bu, bizdə alındı. Rəqibi də qələbə münasibti ilə təbrik edirəm".

- Davud Kərimi uzun fasilədən sonra start heyətdə yer aldı. Oyunundan razı qaldınızmı?

- Ümidləri doğrultdu. Tadas Simaitisdə psixoloji təzyiq var. Kərimi də heç bir səhvə yol vermədi. Şadam ki, ümidləri doğrultdu. Ancaq onu da deyim ki, Tadasın da üstündən xətt çəkməmişik. Bizə iki böyük köməyi dəyib.

- Sizin istefanızı tələb edən azarkeşlər də var. Sizcə, komandadan getsəz, başqası gəlib uğur qazana bilər?

- Mən özüm-özüm haqda bəy tərifi desəm, düz çıxmaz. Hər azarkeş özünə görə haqlıdır. Futbolçularımızın nəyə qadir olduğunu özüm bilirəm. Getmək çox asandı. Amma qalıb mübarizə aparmaq lazımdı. Onu da deyim ki, mən kreslodan bərk yapışmamışam. Rəhbərlik desə, gedəcəm. Qarabağ kimi komandaya qarşı belə oynadıqsa, deməli növbəti oyunarda uğur qazana bilərik.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsız...

- "Neftçi"  ilə oyunda daha yaxşı oynayacağımıza inanıram. Baxmayaraq ki, "Neftçi" indi çox güclənib. Hər birimizin qələbə qazanmaq şansı var.

- İlk hissənin ortalarında azarkeşlə qısa dialoqudunuz oldu. Nədən danışırdız?

- Dedi ki, filankəsi əvəzlə. Mən də dedim ki, səni meydana buraxım, yoxsa özümü? Vallah, bizim azarkeşlər möhtəşəmdi. Onlar ancaq uğura öyrəşiblər. Bəzi məqamalar var ki, bu gün uğur qazana bilirik. Bayaq da azarkeşlər gəlib bizimlə görüşdü. Onlara öz təşəkkürümü bildirirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR