Azərbaycan Pakistanla saziş imzalaya bilər

Azərbaycan Pakistanla saziş imzalaya bilər
18:43 12 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Pakistan və Azərbaycan neft və qazın satışı üzrə sazişi fevralın sonunda imzalaya bilərlər.

Publika.az xəbər verir ki, iki ölkənin hökumətləri artıq razılaşmanı təsdiqləyib.

Neft və təbii sərvətlər nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Azərbaycan Pakistana xam nefti, neft məhsullarını və təbii qazı ixrac etməyi təklif edib.

Qeyd edək ki, 2016-ci ilin aprelində Pakistan neft və təbii sərvətlər nazirliyi və Azərbaycan energetika nazirliyi neft, neft məhsulları, LPG və LNG tədarükü sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması barədə razılığa gəliblər. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR