“Qəbələ” xal itirdi, “Qarabağ”dan çətin qələbə - VİDEO

“Qəbələ” xal itirdi, “Qarabağ”dan çətin qələbə - VİDEO
18:58 12 Fevral 2017
189 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Publika.az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyunu Gəncədə keçirilib. Lider “Qarabağ” qış fasiləsindən sonra bərbad çıxış edən “Kəpəz”in qonağı olub. Mahir Mədətovun vurduğu qol sayəsində qələbə qazanan Ağdam komandası zirvədəki yerini qoruyub.

Günün ikinci matçında “Qarabağ”ı addım-addım izləyən “Qəbələ” səfərdə “Zirə”ylə qarşılaşıb. Ayxan Abbasovun “sükan arxasına” keçməsindən sonra “Zirə” təkcə “Qarabağ”a uduzub. Bu isə heyətlə bağlı problemləri olan Roman Qriqorçukun komandası üçün qəsəbəyə səfərin asan keçməyəcəyi demək idi. Gözləntilər özünü doğruldub. Son dəqiqələrdə Filip Ozobiç “Qəbələ”ni hesabda önə keçirən qolu vursa da, bu, oyunda son qol olmayıb. Riçard Qadzenin 90+4-cü dəqiqədəki qolu matçın nəticəsini müəyyənləşdirib - 2:2.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 18-ci tur

12 fevral

Kəpəz - Qarabağ 0:1

Qol: Mahir Mədətov, 65.

Zirə - Qəbələ 2:2

Qol: Viktor İqbekoyi, 54. Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37. Filip Ozobiç, 88.

Qırmızı vərəqə: Rasim Ramaldanov, 75 (Qəbələ)

13 fevral

AZAL - İnter

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “AZAL Arena”, 15:00

Neftçi - Sumqayıt

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. 8-ci km stadionu, 17:30


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR