Bir barmaqla qapı açmaq mümkün oldu

Bir barmaqla qapı açmaq mümkün oldu
19:22 12 Fevral 2017
133 Maraqlı
Ölkə mətbuatı
A- A+

Belçikanın rəqəmsal marketinq şirkətlərindən biri işçilərinin barmağına dərialtı mikroçiplər taxıb.

Bu çiplərin köməyi ilə onlar ofisin qapılarını aça, ofis avadanlıqlarından, xüsusilə kompüterdən istifadə edə bilərlər.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, artıq şəxsi informasiyaları daşıyan bu elektron "açarlar" işçilərin döş nişanlarını əvəz edir.

İşçilərin baş barmaqları ilə şəhadət barmağı arasına yerləşdirilən mikrosxemlər təxminən bir düyü dənəsi ölçüsündədir.

Cihazın qiyməti 100 avrodur.

Ekspertlər çiplərin insan dərisinə implantasiyasını yaxın gələcəyin texnologiyası hesab edirlər. Başlanğıcda bu mikroçiplər tibbi məqsədlə: sağlamlığın izlənməsi, dərmanların zamanında və doğru tətbiqi üçün istifadə edilə bilər.

Bundan öncə Kanada alimləri bir neçə aylıq çalışmadan sonra beyin və sinir impulslarının işləməsini izləmək üçün bioçip hazırlamışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR