“Ağa, abrımı qoru...”

“Ağa, abrımı qoru...”
19:47 12 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mərhum Əllamə Əmini nəql edir: "Bağdad şəhərində bir məclisə daxil oldum ki, əhli-təsənnünün böyük alimləri orada iştrak edirdilər. Məclisə daxil olan zaman heç kəs mənə etina etmədi və mən də qapının kənarında əyləşdim.

Bir oğlan uşağı içəri girdi və məni görən kimi dedi: "Bu, odur". Mən nigaran oldum ki, birdən fitnə olar. Soruşdum ki, məsələ nədir? Dedilər ki, "nigaran olmayın, bu uşağın anası xəstədir və bir alim onun üçün dua yazmışdı. Bu duadan sonra halı yaxşı olmuşdu və indi həmin duanı itiriblər və anasının halı yenə də pisləşibdir. Uşaq sizi görən kimi elə bildi ki, həmin dua yazan alimsiniz. Çünki sizin əmmamənizin forması onunki kimidir. Bəlkə siz onun üçün dua yazasınız?".
Əllamə buyurur: "Mən təfsir və tarix əhliyəm. Ömrümdə heç dua yazmamışam". Bir kağız istədim və Qurandan bir ayə yazdım. Bu kağızı aparan zaman əbamı gözümün üstünə atdım və Bağdaddakı həmin məclisdən Nəcəfə salam göndərdim və dedim: "Əssəlamu-əleykə ya Əbalhəsən ya Əmirəl-möminin!". Sonra dedim: "Ağa, abrımı qoru".
Bir neçə vaxtdan sonra həmin oğlan uşağı salona girdi və dedi: "Anam yaxşı oldu! Anam yaxşı oldu!".
Mövzu bu yerə çatan zaman, hamı məni ehtiramla məclisin yuxarı başına apardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR