Bu rənglər cinsi istəyi artırır

Bu rənglər cinsi istəyi artırır
19:57 12 Fevral 2017
839 Ölkə
Ölkə mətbuatı
A- A+

Günümüzün çox hissəsini keçirdiyimiz otaq günlük ovqatımıza çox böyük təsir göstərir. Bu otaq bizim üçün nə qədər rahatdırsa, çalışarkən işlərimizi də bir o qədər sərbəst şəkildə görə bilirik. Psixoloqların sözlərinə görə, otağın rəngi, hətta orada yerləşən əşyaların forması belə insanların psixologiyasına bu və ya digər formada təsir göstərir. Aparılan digər bir araşdırmada isə bildirilir ki, otağın rəngi cinsi həyata və cinsi fantaziyalarımıza da böyük təsir göstərir.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki,İngiltərədə 2000 insan arasında keçirilən sorğu nəticələri belə deməyə əsas verir ki, otaqda qırmızı və ya bənövşəyi rənglərin üstünlük təşkil etməsi cinsi aktivliyə müsbət təsir edir. İntim həyatı ilə heç bir probleminin olmadığını deyən insanların 70%-i yataq otaqlarında bu rənglərə daha çox üstünlük verdiklərini bildiriblər.

Otaqları da mavi və çəhrayi rəngin üstünlük təşkil etdiyini deyən cütlüklərin isə sakit cinsi həyat yaşadıqları məlum olub. Bu insanlar xasiyyət baxımından da mülayimlikləri ilə seçilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR