Məşhur rok qrupu qəzaya düşdü

Məşhur rok qrupu qəzaya düşdü
20:05 12 Fevral 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Polşada baş vermiş yol qəzasında 13 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "RİA Novosti" xəbər verib.
Xəbərdə bildirilir ki, Amerikanın "The Dillinger Escape Plan" rok qrupunun musiqiçilərini daşıyan avtobus Radomsk şəhərində qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb furqon avtomobilin arxadan avtobusa çırpılması olub.
Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla, 13 nəfər xəsarət alıb. Yaralıların hamısı rok qrupunun musiqiçiləridir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı hər hansı sərnişin və ya sürücü ağır xəsarət almayıbb. Qəza səbəbindən hadisənin baş verdiyi yol müvəqqəti olaraq bağlanıb.
Rok qrupunun Krakovda planlaşdırılan konserti ləğv edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR