Azad yaşamağın sirri

Azad yaşamağın sirri
20:12 12 Fevral 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Əli (ə) buyurub: "Kim ömrünü azad yaşamaq istəyirsə, öz qəlbində tamaha yer verməsin". (Həvzəh)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurub: "İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu, qulların ibadətidir. Bir dəstə Allah Təalaya savab üçün ibadət edər, bu, muzd alanların ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu, azad insanların ibadəti və ən üstün ibadətdir".
 
İmam Sadiq (ə) buyurub: "Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbir edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi".
 
İmam Sadiq (ə) buyurub: "Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik".
İmam Əli (ə) buyurub: "Başqalarına qul olma, Allah Təala səni azad yaradıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR