Musiqiçiləri daşıyan avtobus qəzaya uğradı - KONSERT LƏĞV OLUNDU - FOTO

Musiqiçiləri daşıyan avtobus qəzaya uğradı - KONSERT LƏĞV OLUNDU - FOTO
20:18 12 Fevral 2017
170 Şou
Ölkə mətbuatı
A- A+

Polşada baş vermiş yol qəzasında 13 nəfər xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Amerikanın "The Dillinger Escape Plan" rok qrupunun musiqiçilərini daşıyan avtobus Radomsk şəhərində qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb furqon avtomobilin arxadan avtobusa çırpılması olub.

Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla, 13 nəfər xəsarət alıb. Yaralıların hamısı rok qrupunun musiqiçiləridir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı hər hansı sərnişin və ya sürücü ağır xəsarət almayıb. Qəza səbəbindən hadisənin baş verdiyi yol müvəqqəti olaraq bağlanıb.

Rok qrupunun Krakovda planlaşdırılan konserti ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR