Rus bölməsinin abituriyentlərinə - ŞAD XƏBƏR

Rus bölməsinin abituriyentlərinə - ŞAD XƏBƏR
20:32 12 Fevral 2017
348 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni təsdiqlənən qaydalar rus bölmələrinin abituriyentlərinə aiddir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, indiyə qədər mövcud olan qaydalara əsasən rus bölməsini bitirən abituriyentlər qəbul imtahanlarından əvvəl hökmən Azərbaycan dilindən imtahan verməli məqbul aldıqları təqdirdə imtahana buraxılırlar. Onlar qəbul imtahanından kəsildikləri halda növbəti il yenə əvvəlcə Azərbaycan dilindən imtahan verməli idilər. yeni dəyişiklikdən sonra isə bu tələb ləğv olunur. Yəni Azərbaycan dili imtahanından bir dəfə məqbul qiyməti almış abituriyentlərdən növbəti il qəbul imtahanında iştirak edə bilər.

Yəni bir dəfə Azərbaycan dilindən alınan imtahanın nəticəsi iki il qüvvədə olur. Əgər iki il dövlət imtahanından keçə bilməyən abuturiyent 3-cü ildə yenidən həm də Azərbaycan dilindən imtahan verməlidir. Təhsil eksperti Rəsul Ağayev hesab edir ki, bu addım rus bölməsi abituriyentlərini əlavə fənnə hazırlıqdan azad edəcək və onların qəbul imtahanı nəticəsinə də müsbət təsirini göstərəcək.

Ekspert qeyd edir ki, dünya təcrübəsində də belə imtahanların nəticələrinin bir neçə il qüvvədə qalmasından istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR