"Kəsirüs-səfər" nə deməkdir?

"Kəsirüs-səfər" nə deməkdir?
20:42 12 Fevral 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox səfər edən (kəsirüs-səfər) məfhumunun mənası nədir?

Cəfəri məzhəbinə görə, çox səfər edən adama "kəsirüs-səfər" deyirlər. Məsələn, təhsil və ya iş dalınca, yaxud hər hansı məqsəd üçün davamlı olaraq tez-tez səfərə çıxan adam. İslam.az-ın məlumatına görə, kəsirüs-səfərin gedib-qayıdarkən yolu üst-üstə ən azı 8 fərsəx (təqribən 44-46 km.) olmalıdır. Kəsirüs-səfər bütün səfər boyunca namazlarını bütöv qılmalı, orucunu da tutmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, kəsirüs-səfər sayılmaq üçün neçə dəfə səfərə çıxmağın kifayət etməsi barədə alimlərin arasında fikir ayrılığı vardır. Məsələn, Ayətullahül-üzma Sistani ən azı üç gündə bir dəfə, yəni ayda 10 gün səfərə gedən adamı kəsirüs-səfər sayır (10 gün birdəfəlik səfər də ola bilər, üst-üstə 2-3 dəfəlik də). Ayətullahül-üzma Xameneyi 10 gündə bir dəfə (yəni ayda 3 dəfə), Ayətullahül-üzma Məkarim Şirazi isə həftədə 3 dəfə səfərə çıxan adamı kəsirüs-səfər hesab edir. Kəsirüs-səfərin daha başqa şərtləti də vardır ki, bunları öyrənmək üçün təqlid etdiyiniz müctəhidin fətvalarına baxmağınızı məsləhət görürük.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR