Bakıda elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib

Bakıda elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib
20:47 12 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Axşam saatlarında paytaxtda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.
Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-elektrik-naqilinde-partlayisla-neticelenmis-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR