Misir hərbçiləri Sinayda 5 terrorçunu məhv edib

Misir hərbçiləri Sinayda 5 terrorçunu məhv edib
21:37 12 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Misir hərbçiləri Sinayda terror qruplaşmasının 5 üzvünü məhv edib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Məlumatda bildirilir ki, terrorçular yarımadanın şimalında, gizli sığınacaqda zərərsizləşdiriliblər. Bununla yanaşı, əməliyyat zamanı daha 3 terrorçu yaralanıb. Zərəsizləşdirilənlərin hansı terror qüruplaşmasının üzvləri olduqları açıqlanmır.
Qeyd edək ki, Misirin Sinay yarımdadasının şimalında antiterror əməliyyatları 2 ildən çoxdur davam edir. Çətin keçilən həmin ərazilərdə ekstremist qruplaşmaların üzvləri fəaliyyət göstərirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/misir-herbcileri-sinayda-5-terrorcunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR