Bu, bizik ki, Ona möhtacıq...

Bu, bizik ki, Ona möhtacıq...
21:47 12 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Necə də gülməlidir ki, Allahla bir saat xəlvət etmək uzun və çətin gəlir, ancaq 90 dəqiqəlik futbol oyununa baxmaq külək kimi gəlib keçir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, necə də gülməlidir ki, Allah yolunda yüz manat infaq etmək böyük bir məbləğ kimi görünür, ancaq həmin miqdar pulla alış-verişə gedirsən - gözə az görünür.
Necə də gülməlidir ki, bir saat ibadət gözə uzun görünür, ancaq iki saat filmə baxmaq sürətlə keçir.
Necə də gülməlidir ki, dua etmək istəyəndə nə qədər düşünürük - zehnimizə bir şey gəlmir. Ancaq o zaman ki, dostlarımızla danışmaq istəyirik - heç bir çətinliyimiz olmur.
Necə də gülməlidir ki, sevdiyimiz idman müsabiqəsinin vaxtını uzadırlarsa, ondan ləzzət alırıq və həyəcandan dərimizə sığmırıq. Ancaq o zaman ki, dua mərasimi uzanar, şikayət edərik və incidilmiş olarıq.
Necə də gülməlidir ki, səma kitabından bir səhifə oxumaq çətin gəlir, ancaq dünyanın ən çox satılan kitabından yüz səhifə olmaq bizə ləzzət verir.
Necə də gülməlidir ki, bir konsertdə və ya müsabiqədə ilk cərgədəki yeri tutmağa çalışırıq, ancaq namaz qılan zaman arxa cərgələri seçirik.
Necə də gülməlidir ki, qəzet və jurnallarda olan şayiələrə rahatlıqla inanırıq, ancaq Allahın sözlərinə inanmaqda bəzən çətinlik çəkirik.
Necə də gülməlidir ki, bütün insanlar bir şeyə etiqad bəsləmədən və ya Allah yolunda bir iş görmədən behiştdə getmək istəyirlər.
Necə də gülməlidir ki, hər eşitdiyimiz sözü mesaj vasitəsilə dostlarımıza göndəririk və meşəyə düşən atəş kimi hər yerə yayılır. Ancaq Allahın sözlərini eşidən kimi onu dostlarımıza deyib-deməməkdə ilişıb qalırıq.
Gülməlidir, deyilmi?
Allaha şükür edək ki, O, çox mehriban və sevən Allahdır. Onun bizim əlavə vaxt ayırmağımıza heç bir ehtiyacı yoxdur. Bu, bizik ki, Ona möhtacıq. (Həvzəh)
"...Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir". ("Nəml" 40).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR