İran PUA-sı qəzaya düşdü

İran PUA-sı qəzaya düşdü
21:52 12 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Cask dağının cənubunda qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Tasnim" agentliyi qəzadan sonra ərazidə qatı tüstü göründüyünü yazıb. İnsident barədə ətraflı məlumat verilmir.

Xatırladaq ki, yanvar ayında İran Hərbi Hava Qüvvələri Tehran üzərində naməlum PUA-nı vurmuşdu. Daha sonra İRNA məlumat yaydı ki, PUA adı açıqlanmayan media qrupuna məxsus olub.

Yeri gəlmişkən, bu, İranın vurduğu ikinci media PUA-sı idi. Dekabr ayında İran HHQ İran dövlət televiziyasına məxsus PUAnı məhv etmişdi. İran televiziyası onun vasitəsilə dini mərasimi çəkirmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR