Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib
21:57 12 Fevral 2017
1878 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kübra Dadaşova 57 yaşında dünyasını dəyişib.
Əməkdar artist Kəmalə Hüseynovanın "Report"a verdiyi məlumata görə, o, bu gün axşam vəfat edib.
K.Dadaşovanın cənazəsi Təzə Pir Məscidinə gətirilib. Qeyd edək ki, aktrisa ilə vida mərasimi sabah saat 11-də olacaq.
Qeyd edək ki, K. Dadaşova 1957-ci ilin 31 avqustunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb.
O, 2006-cı ilin mayında Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Aktrisa şəkər xəstəliyindən vəfat edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/emekdar-artist-kubra-dadasova-57-yasinda-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR