Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı

Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
21:57 12 Fevral 2017
391 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı iş adamı, "Dünya Azərbaycanlıları İttifaqı"nın rəhbəri Füzuli Məmmədov (Frenk Elkapone) Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, o, dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirməyə çağırıb:

"Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR